"Sabah" bu sezon Premyer Liqada "Qarabağ"ın rekordunu təkrarladı
“Sabah” Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb.
"Mediasport" xəbər verir ki, Bakı klubu Misli Premyer Liqasının XXIII turunda “Qəbələ”ni 7:1 hesabı ilə məğlub edib.
Bu, həm də ən böyük fərqli qələbəsinin təkrarı olub. 2022-ci il dekabrın 23-də “Sumqayıt”ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər.
Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/23 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn “Sabah” eyni uğuru evdə təkrarlayıb.
“Sabah” Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında “Qarabağ” “Araz-Naxçıvan”ı 6:0 hesabı ilə məğlub etmişdi.
Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.
Coy Lens Mikels Premyer Liqada 50-ci qolunu vurub. Onun yubileyi Misli Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə matçına (7:1) təsadüf edib.
Dubla imza atan almaniyalı hücumçu 50-ci qolunu 102-ci oyununda vurub.
O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.
Almaniyalı futbolçu 2021/22 mövsümündə 11, növbəti çempionatda 17, 2023/24 mövsümündə 1, ötən turnirdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb.
