"Qarabağ"ın qapıçısı ilk dəfə Polşanın əsas millisinə dəvət aldı

"Qarabağ"ın qapıçısı Mateuş Koxalski Polşa millisinə dəvət alıb.
"Mediasport" xəbər verir ki, 25 yaşlı qolkiper karyerasında ilk dəfə əsas yığmaya çağırılıb.
Polyaklar iyunun 6-da Moldova ilə yoldaşlıq oyunu keçirəcəklər.
Mixal Probejin baş məşqçisi olduğu milli iyunun 10-da dünya çempionatının seçmə mərhələsində Finlandiya səfərində meydana çıxacaq.
Qeyd edək ki, ötən yaydan Ağdam klubunda forma geyinən Koxalski bunadək Polşanın aşağı yaş qrupları üzrə millilərində çıxış edib.