Bakı klubuna 3000 manat cərimə, legionerinə 4 oyunluq cəza verildi

Bakı klubuna 3000 manat cərimə, legionerinə 4 oyunluq cəza verildi

AFFA İntizam Komitəsi "Səbail"ə 3000 manat cərimə kəsib.

"Mediasport" xəbər verir ki, Bayıl klubunun futbolçusu Süleyman Alluşun Premyer Liqanın 26-cı turunun "Zirə" ilə görüşündə etdiyi kobudluq "dənizçilər"ə baha başa gəlib.

Paytaxt təmsilçisinin legioneri təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.

Alluşa dörd oyunluq cəza verilib.