"Şahdağ Qusar" "Mingəçevir"in qapısından 8 cavabsız top keçirdi
Futbol üzrə Azərbaycan 1-ci Liqasında yarışan "Şahdağ Qusar" və "Mingəçevir" komandaları yoxlama oyunu keçiriblər.
"Mediasport" xəbər verir ki, qarşılaşmada gözlənilməz hesab qeydə alınıb.
Şimal təmsilçisi mingəçevirlilərin qapısından 8 cavabsız top keçirib.
Qeyd edək ki, liqada yeni mövsümə yaxşı başlayan Qusar komandası 3 turun hamısına qələbə qazanıb, "Mingəçevir" isə yalnız 1 görüşdə heç-heçə edib.

