"Şamaxı" Ayxan Abbasovun gedişini açıqladı - RƏSMİ

"Şamaxı" Ayxan Abbasovun gedişini açıqladı - RƏSMİ

"Şamaxı" baş məşqçi Ayxan Abbasovla vidalaşdığını açıqlayıb.

"Mediasport" xəbər verir ki, 44 yaşlı mütəxəssislə müqavilənin müddəti başa çatıb.

Klub Ayxan Abbasova fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, yığmamızın baş məşqçisi son iki mövsümü əyalət təmsilçisinin "sükan"ı arxasında keçirib.

O, fəaliyyətini yalnız Azərbaycan milli komandasında davam etdirəcək.