Azərbaycan milli komandası "Qəbələ" ilə görüşdə "sülh" bağladı

Azərbaycan milli komandası "Qəbələ" ilə görüşdə "sülh" bağladı

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama matçını keçirib.

"Mediasport" xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu komanda "Qəbələ" ilə qarşılaşıb.

Görüşdə qalib müəyyənləşməyib - 1:1.

Qeyd edək ki, U-20 Qəbələdəki hazırlıq çərçivəsində oktyabrın 3-də Moldova, 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qüvvəsini sınayacaq.