"Qarabağ"ın ÇSKA ilə oyununu belçikalı hakimlər idarə edəcəklər
İyulun 30-da Bolqarıstanda UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək ÇSKA (Sofiya) - "Qarabağ" matçının idarə edəcək hakimlər müəyyənləşib.
"Mediasport" xəbər verir ki, görüş belçikalı ədalət təmsilçilərinə tapşırılıb.
Baş hakim Bram Van Drisşeyə yan xətlərdə Mişel Seeldrayers və İv De Neve köməklik göstərəcək.
Dördüncü hakim funksiyasını Kevin Van Damm yerinə yetirəcək.
VAR-da Bert Put, AVAR-da isə Vesli De Kremer əyləşəcək.
Xatırladaq ki, Sofiyadakı "Vasil Levski" stadionunda baş tutacaq matç Bakı vaxtilə 23:00-da start götürəcək.
Komandalar dünən Bakıda reallaşan ilk dueldə qolsuz heç-heçə ediblər.


