Fransa yığmasının sabiq futbolçusu Bakıda səfərdə oldu

 Fransa yığmasının sabiq futbolçusu Bakıda səfərdə oldu

UEFA-da elit gənc oyunçuların inkişafı üzrə ekspert Jülyen Esküde Bakıda işgüzar səfərdə olub.

"Mediasport" xəbər verir ki, Fransa milli komandasının sabiq futbolçusu iki günlük səfər zamanı AFFA-nın baş katibinin müavini Elçin Məmmədov, Texniki direktor Cahangir Həsənzadə və Elit-Məşq layihəsinin meneceri Rüfət Kərimli ilə görüşüb.

Jülyen Eskude Azərbaycanda gənclər futbolunun inkişafı ilə tanış olub, regional elit proqramı, istedadlı futbolçuların müəyyən edilməsi prosesi, milli komandalara gedən yol, məşqçilik strukturu və “HatTrick” proqramı büdcəsinin ümumi bölgüsü mövzuları ətrafında AFFA rəsmiləri ilə fikir mübadiləsi aparıb.