"Kopenhagen" Bakıda "Qarabağ"la oyunda dəstəksiz qalmayacaq

"Kopenhagen" Bakıda "Qarabağ"la oyunda dəstəksiz qalmayacaq

Oktyabrın 1-də UEFA Çempionlar Liqasının əsas mərhələsinin ikinci turu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq Danimarkanın "Kopenhagen" klubu dəstəksiz qalmayacaq.

Ağdam klubundan "Mediasport"a verilən məlumata görə, skandinavlar üçün arenada 150-dək yer ayrılıb.

Qonaqların ölkəmizə axşam saatlarında təşrif buyuracağı gözlənilir.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş saat 20:45-də başlanacaq.