"Neftçi" 2 cavabsız qolla qalib gəldi

"Neftçi" 2 cavabsız qolla qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edən "Neftçi" və "Araz-Naxçıvan" komandaları yoxlama oyunu keçiriblər.

"Mediasport" xəbər verir ki, "Palms Sports" Futbol Mərkəzində baş tutan qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Ağ-qaralar"ın qollarını Alen Şkribek və Andrey Ştoqrin vurublar.