Benzia meydana çıxıb bir qol, bir assistlə yadda qaldı - VİDEO

Benzia meydana çıxıb bir qol, bir assistlə yadda qaldı - VİDEO

"Qarabağ"ın futbolçusu Yassin Benzia Əlcəzair yığmasında növbəti uğurlu oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 30 yaşlı vingerin milli komandası İsveç seçməsi ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıb.

Benzia skandinavların 4:3 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmada meydana sonradan çıxıb, bir qol və məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, 2023-cü ilin yanvarından "Qarabağ"da oynayan yarımmüdafiəçinin Ağdam klubunu tərk edəcəyi gözlənilir.