"Səbail"də gözlənilməz ayrılıq - Elvin Məmmədov istefa verdi
“ASCO Arena”da "Səbail"in İdarə Heyətinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda İdarə Heyətinin üzvləri və klubun məşqçi heyəti iştirak edib.
İclasda mövsümün əvvəlindən bu günə qədər keçirilmiş oyunların nəticələri müzakirə olunub, müsbət və mənfi məqamlar qeyd olunub.
Baş məşqçi Elvin Məmmədovun hesabatı dinlənilib.
Sonda gənc mütəxəssisin istəyinə əsasən baş məşqçi və köməkçiləri ilə klub arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
