"Bu futbolçular bizə xallar qazandıracaqlar" - Azər Bağırov

"Bu futbolçular bizə xallar qazandıracaqlar" - Azər Bağırov

"Qələbəni azarkeşlərimizə həsr edirik. Xüsusən də Babək adlı azyaşlı azarkeşimizə. Gəncədən çıxarkən mənə mütləq qələbə qazanacağımıza inandığını bildirdi".

"Mediasport" xəbər evrir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.

Mütəxəssis "Şamaxı" ilə Premyer Liqanın 8-ci turunun səfər matçı haqda danışıb, 4:1 hesablı qələbəni şərh edib:

"Çətin oyun olacağını bilirdik. Bu stresdən, gərginlikdən çıxmağın yollarını axtarırdıq. İnanıram ki, bu bir açar olacaq. Yaxşı formalaşmış komandaya qarşı oynadıq. "Şamaxı" necə oynamaq lazım olduğunu bilir. Biz də təhlillərimizi aparmışdıq. Şükürlər olsun ki, qələbə qazandıq, azarkeşlərimizi sevindirdik".


Sanki Ayxan Abbasovla aranızda soyuqluq var. Nə baş verib?

- Heç bir soyuqluq yoxdur. Oyundan qabaq bir yerdə idik, xeyli söhbət etdik. Ayxanla çox yaxşı münasibətimiz var. Biz çox yaxın qardaşıq, bir-birimizin xətrini çox istəyirik. Ayxan Abbasovun köməkçisi Elnur Çodarov da mənim uşaqlıq dostumdur.

"Kəpəz"in artıq özünə gəldiyini demək olar?

- İşimiz çoxdur. Paltardəyişmə otağında vurğuladım ki, hələ heç nə etməmişik. Daha güclü olmalıyıq. 

Ötənilki komanda ilə hazırkı komandanı necə müqayisə edərdiniz?

- Müqayisə etmək istəmirəm. O heyətdə də yaxşı futbolçular var idi, bu gün də var. Yolumuza davam edirik. Bu futbolçular bizə xallar qazandıracaq. Onları inandırmaq lazımdır. İnam ən güclü silahdır.