Azərbaycan klubundan ayrılıb Rumıniya komandasına keçdi
"Araz-Naxçıvan"dan ayrılan Nunu Rodrigeş özünə yeni komanda tapıb.
"Mediasport" xəbər verir ki, portuqaliyalı vinger karyerasını Rumıniyada davam etdirəcək.
Yarımmüdafiəçi Yüksək Liqa klubu "Voluntari" ilə anlaşıb.
Tərəflər arasında 1 illik müqavilə bağlanıb.
Xatırladaq ki, Rodrigeş "Araz-Naxçıvan"da 2023-cü ildən forma geyinirdi.


