Şəkidə “Sheki Open” şahmat turnirinin açılış mərasimi baş tutdu

Şəkidə “Sheki Open” şahmat turnirinin açılış mərasimi baş tutdu

Şəkidə şahmat üzrə “Sheki Open” turnirinin açılış mərasimi baş tutub.

"Mediasport" xəbər verir ki, festivalda 8 ölkədən 300-dək şahmatçı mübarizə aparır.

Zəka sahibləri A və B qruplarında yarışırlar, turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olmaqla keçirilir.

Yarışın mükafat fondu 23 450 manat təşkil edir. A qrupunun qalibi 5 100, B qrupunda ilk yeri tutacaq şahmatçı 1 000 manat qazanacaq.

Festival çərçivəsində həmçinin blits və rapid üzrə turnirin keçirilməsi də nəzərdə tutulub.

İyunun 24-də yekunlaşacaq festival AŞF-nin “Chess Tour Azerbaijan” layihəsi çərçivəsində reallaşıb.