Azərbaycan şahmatçıları Türkiyədə keçirilən turnirdə iştirak etdilər

Azərbaycan şahmatçıları Türkiyədə keçirilən turnirdə iştirak etdilər

Türkiyənin Malatya şəhərində “Altın Kayısı” beynəlxalq açıq şahmat turniri keçirilib.

"Mediasport" xəbər verir ki, 8-ci dəfə təşkil olunan yarışda 11 ölkədən 96-sı xarici və 390-ı yerli olmaqla, ümumilikdə 486 şahmatçı mübarizə aparıb.

Turnirdə Naxçıvan Muxtar Respublikasından 10 şahmatçı iştirak edib. Onlardan üçü uğurlu nəticəyə imza atıb.

Yarışın A qrupunda çıxış edən Urfan Sevdimaliyev və Pərviz Qasımov ilk “onluğ”a düşərək mükafatçılar sırasında yer alıblar.

B qrupunda isə veteran şahmatçı Bahəddin Hətəmov 3-cü yerə layiq görülüb.

Xatırladaq ki, Türkiyənin Bitlis şəhərində start götürən "Betav Open" beynəlxalq turnirində də Naxçıvan şahmatçıları iştirak edir.