Seneqal millisi ilə bağlı ŞOK QƏRAR - Çempionluq geri alındı

Seneqal millisi ilə bağlı ŞOK QƏRAR - Çempionluq geri alındı

Afrika Futbol Konfederasiyası (CAF) 2025-ci il Afrika Millətlər Kubokunun qalibi adını Seneqal yığmasından alaraq Mərakeşə verib.

"Mediasport" xəbər verir ki, Apellyasiya Komitəsi Mərakeş Kral Futbol Federasiyasının (FRMF) şikayətini araşdırıb və yekun qərar buna əsasən çıxarılıb.

Bildirilib ki, Seneqal yığma komandası Nizamnamənin 82 və 84-cü maddələrini kobud şəkildə pozub.

Seneqal millisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, bu il yanvarın 18-də Mərakeşin paytaxtı Rabatda baş tutan final görüşünün sonlarında seneqallılar qapılarına təyin olunan penaltiyə etiraz olaraq meydanı tərk etmişdilər.

Təxmini 15 dəqiqəlik fasilədən sonra geri qayıdan komandanın qapıçısı Eduard Mendi Brahim Diazın zərbəsini dəf etmiş, ardınca isə komanda yoldaşı Pape Qeye əlavə vaxtda qələbə topunu vurmuşdu.