Salah rəsmən "Trabzonspor"da
"Liverpul"dan ayrılan Məhəmməd Salahın "Trabzonspor"a keçidi rəsmiləşib.
"Mediasport" xəbər verir ki, misirli vinger Qaradəniz klubu ilə müqavilə bağlayıb.
Tərəflər arasında anlaşma 2 illik nəzərdə tutulub. 34 yaşlı afrikalı illik 10 milyon avro maaş və hər il üçün 7 milyon avro imza pulu alacaq.
Müqavilədə əlavə müəyyən bonuslar nəzərdə tutulub.
Salah karyerası ərzində "Əl Mokavlun", "Bazel", "Çelsi", "Fiorentina" və "Roma"da oynayıb.
O, son 9 ili İngiltərə nəhənginin heyətində keçirib.


