9 qolun vurulduğu oyunda İtaliya əzmkar qələbə qazandı - DÇ-2026

9 qolun vurulduğu oyunda İtaliya əzmkar qələbə qazandı - DÇ-2026

2026-cı ildə baş tutacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin oyunları keçirilir.

"Mediasport" xəbər verir ki, "Qarabağ"ın futbolçusu Marko Yankoviçin formasını geyindiyi Monteneqro Xorvatiyaya uduzub.

"Köhlən atlar"ın futbolçusunun adı matçın iştirak ərizəsinə daxil edilməyib. "Neftçi"li Edvin Kuç isə sonradan oyuna daxil olub.

İsrail - İtaliya oyununda 9 qol vurulub və qonaqlar çətinliklə qələbə qazanıb.

DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi

B qrupu

İsveçrə - Sloveniya 3:0

Kosovo - İsveç 2:0

Xal durumu: İsveçrə - 6, Kosovo - 3, İsveç - 1, Sloveniya - 1

C qrupu

Belarus - Şotlandiya 0:2

Yunanıstan - Danimarka 0:3

Xal durumu: Danimarka - 4, Şotlandiya - 4 Yunanıstan - 3, Belarus - 0

I qrupu

İsrail - İtaliya 4:5

Xal durumu: Norveç - 12, İtaliya - 9, İsrail - 9, Estoniya - 3, Moldova - 0

L qrupu

Xorvatiya - Monteneqro 4:0

Cəbəllütariq - Farer adaları 0:1

Xal durumu: Xorvatiya - 12, Çexiya - 12, Farer adaları - 6, Monteneqro - 6, Cəbəllütariq - 0