"Gələcəkdə Sərsəng su anbarında avarçəkmə yarışları keçirilə bilər"
"Gələcəkdə Sərsəng su anbarında da avarçəkmə üzrə yarışlar keçirilə bilər. Yəni ölkəmizin bu cür inkişafı, o cümlədən idman sektoruna da müsbət təsir göstərir",
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edib:
"Bizim çox gözəl dəniz istirahət zonalarımız, xizək zonalarımız var. Güclü infrastruktur yaradılıb. Yollar, dəmir yolları, 9 beynəlxalq hava limanı, yəni şəhərlər arasındakı bağlantılar da müasirləşir.
Qarabağda və Şərqi Zəngəzurda böyük infrastruktur işləri görülür. Artıq orada da - Köndələnçay su anbarında, Suqovuşan su anbarında yarışlar keçirilir".
