Azərbaycanın ikincisi təmsilçisi olimpiadada mübarizəyə başlayır

 Azərbaycanın ikincisi təmsilçisi olimpiadada mübarizəyə başlayır

Azərbaycanın ikinci idmançısı bu gün İtaliyada keçirilən XXV Qış Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

"Mediasport" xəbər verir ki, 17 yaşlı dağ xizəkçimiz Anastasiya Papatoma slalom növündə qüvvəsini sınayacaq.

Yarış İtaliyanın dağ-xizək mərkəzi olan Kortina d'Ampetsoda keçiriləcək.

Xatırladaq ki, daha əvvəl Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 63,63 bal toplayaraq 29 iştirakçı arasında sonuncu yeri tutub.

“Milan-Kortina-2026” Qış Olimpiya Oyunları fevralın 22-də yekunlaşacaq.