AKAF-nin birgə təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçirildi

AKAF-nin birgə təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçirildi

Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə açıq Bakı birinciliyi keçirilib.

"Mediasport" xəbər verir ki, yeniyetmə və gənc avarçəkənlər arasında gerçəkləşən yarışda Bakı və Mingəçevirdən olan 100-ə yaxın idmançı iştirak edib.

Reqlamentə əsasən, avarçəkənlər kayak növündə həm 1, həm də 2 nəfərlik qayıqda, kanoe və akademik avarçəkmədə isə 1 nəfərlik qayıqda 500 metr məsafədə mübarizə aparıblar.

Maraqlı mübarizə şəraitində keçən birinciliyin qalibləri diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, açıq Bakı birinciliyi və bu qəbildən olan ölkədaxili yarışların təşkilində əsas məqsədlərdən biri idmançıların hazırlıq səviyyəsini yoxlamaq, eyni zamanda onlar arasından seçilən avarçəkənləri gənclərdən ibarət yığma komandanın heyətinə cəlb etməkdir.