"Sona yaxın fiziki cəhətdən gücümüz çatmadı, məyusam"
"Nəticəyə görə məyusam. Ancaq çoxsaylı qol epizodları yaratdıq. Rəqib standart vəziyyətdən "ev tapşırığı" yerinə yetirdi və qollar vurdu.
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis Danimarka yığması ilə Bakıda keçirilən yoldaşlıq görüşü haqda fikirlərini bölüşüb.
O, 1:4 hesablı məğlubiyyəti belə şərh edib:
"Gedişatı dəyişmək üçün imkanlarımız oldu, təəssüf ki, istifadə edə bilmədik. Ya ustalıq çatmadı, ya da epizodlar zamanı soyuqqanlı ola bilmədik, ötürmələri vaxtında etmədik.
Sona yaxın isə fiziki cəhətdən gücümüz çatmadı. Nəticə çıxarmaq və səhvlər üzərində işləmək baxımından bizim üçün vacib oyun oldu".
Xatırladaq ki, kollektiv skandinavlarla növbəti yoxlama oyununu sabah keçirəcək.
