"Turan Tovuz"un üzvü yüksək dəstədə yubiley qolunu vurdu

 "Turan Tovuz"un üzvü yüksək dəstədə yubiley qolunu vurdu

"Turan Tovuz"un futbolçusu Rəhim Sadıxov Azərbaycan çempionatlarının yüksək dəstəsində 30-cu qolunu vurub.

"Mediasport" xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XVII turuna təsadüf edib.

R.Sadıxov "Sumqayıt"la ev oyununda qələbə topunun müəllifi olub - 2:1. O, 30-cu qolunu 185-ci matçında vurub.

Yarımmüdafiəçi "Sumqayıt"da 17, "Zirə"də 10, "Turan Tovuz"da 3 dəfə fərqlənib.

Sadıxov çempionatın tarixində yüksək liqada 30 və daha çox qol vuran 104-cü futbolçudur.

O, eyni sayda fərqlənən Kamal Quliyev, Ceyhun Sultanov, Orxan Əliyev və Valter Quqlemonla 100-cü yerə şərikdir.