Tofik İsmail "Qarabağ"a keçir - Vingeri dəyəri 1,5 milyon avrodur

Tofik İsmail "Qarabağ"a keçir - Vingeri dəyəri 1,5 milyon avrodur

Polşanın “Qurnik" klubunun futbolçusu Tofik İsmail karyerasını "Qarabağ"da davam etdirəcək.

"Mediasport" xəbər verir ki, məlumatı Polşa mətbuatı paylaşıb.

Ağdam klubunun transfer dəyəri 1,5 milyon avro olan sol cinah vingerinin keçidi üçün qarşı tərəfə 700 min avro ödəməyə razılaşdığı bildirilir.

26 yaşlı nigeriyalının "Qarabağ”dan ayrılan Abdullah Zubirin əvəzinə transfer ediləcəyi bildirilir.

O, karyerası ərzində Norevç, Fransa və Belçikada da çıxış edib.