"Kəpəz"dən daha biri göndərildi, iki futbolçu ilə müqavilə uzadıldı

"Kəpəz"dən daha biri göndərildi, iki futbolçu ilə müqavilə uzadıldı

Yay hazırlığını davam etdirən "Kəpəz" daha üç futbolçusu ilə bağlı qərar verib.

"Mediasport" xəbər verir ki, Gəncə klubu Luis Paçu və Mahamadu Ba ilə yola davam edəcək.

Hər iki legionerlə iki illik yeni müqavilə bağlanılıb.

Qərblilər uzun illərdir komandada çıxış edən Tural Rzayevlə isə başa çatan anlaşmanın müddətini uzatmayıblar.