"Qarabağ"dan ayrılan futbolçu "Sumqayıt"la müqavilə bağladı

"Qarabağ"dan ayrılan futbolçu "Sumqayıt"la müqavilə bağladı

"Qarabağ"dan ayrılan Rüstəm Əhmədzadənin yeni klubu müəyyənləşib.

"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandasının üzvü "Sumqayıt"la anlaşıb.

24 yaşlı vingerlə imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Rüstəm Əhmədzadə son 3 mövsümü icarə əsasında "Zirə"də keçirib.