"Traktor" 90+23-cü dəqiqədə möhtəşəm qələbə qazandı

İran çempionatında 22-ci turdan təxirə salınmış oyun keçirilib.
"Mediasport" xəbər verir ki, birinciliyin vahid lideri "Traktor" Xuzistanda "Fulad"ın qonağı olub.
Dramatik qarşılaşmada əsas hadisələr ikinci hissə və matça əlavə edilmiş 20 dəqiqədə baş verib.
46-cı dəqiqədə hesabı açan Cənubi Azərbaycan təmsilçisi 90+20-ci dəqiqədə penaltidən qol buraxıb.
Lakin heç-heçə ilə barışmayan "al qurdlar" 90+23-cü dəqiqədə Mehdi Haşimnicatla qələbə topunu vurmağa müvəffəq olublar - 2:1.
Xallarının sayını 61-ə çatdıran Təbriz klubu çempionatın başa çatmasına 3 tur qalmış ən yaxın izləyicisi ilə fərqi 5-ə çatdırıb.
Qeyd edək ki, 1970-ci ildə yaradılmış türk dünyasının komandası tarixində ilk dəfə İran çempionluğuna yaxınlaşıb.