Urfan "Araz-Naxçıvan"dan getdi

  Urfan "Araz-Naxçıvan"dan getdi

"Araz-Naxçıvan" komandanın kapitanı Urfan Abbasovla yollarını ayırıb.

"Mediasport" xəbər verir ki, Muxtar Respublika təmsilçisi müdafiəçi ilə başa çatan müqaviləni yeniləməyib.

Urfan 2025/2026 mövsümündə "Araz-Naxçıvan"ın heyətində ümumilikdə 26 oyuna çıxıb və 3 məhsuldar ötürmə edib.

Klub buna qədər Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriques, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə vidalaşıb.