PFL rəsmisi ÇL-in "Ayntraxt" - "Atalanta" matçına təyinat aldı

 PFL rəsmisi ÇL-in "Ayntraxt" - "Atalanta" matçına təyinat aldı

Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

"Mediasport" xəbər verir ki, o, UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçiriləcək "Ayntraxt" (Frankfurt, Almaniya) - "Atalanta" (İtaliya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma noyabrın 26-da baş tutacaq.