“Turan Tovuz” akademiyasının təşkilatçılığı ilə “İnkişaf turniri”

“Turan Tovuz” akademiyasının təşkilatçılığı ilə “İnkişaf turniri”

“Turan Tovuz” Futbol Akademiyasının təşkilatçılığı ilə 2013 və 2015-ci il təvəllüdlü futbolçular arasında “İnkişaf turniri” keçirilib.

"Mediasport" xəbər verir ki, turnirdə “Turan Tovuz”, “Karagümrük-Bakı”, “Zirvə”, “Gəncə”,  Ağstafa və Qazax rayonlarının yığma komandası iştirak ediblər.

2013-cü il təvəllüdlülər arasında “Zirvə” qızıl,  “Turan Tovuz” gümüş medallara sahib olub.

2015-ci il təvəllüdlülərin yarışında isə “Gəncə” qızıl, “Karagümrük-Bakı” gümüş mükafat əldə edib.

3 gün davam edən turnirin sonunda qaliblərə diplom, medal və çempionluq kuboku təqdim olunub.