AFFA-da məşqçi kurslarının təlimatçıları üçün seminar keçirildi
AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarının təlimatçıları üçün kurs keçirilib.
Bu barədə "Mediasport"a federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Qurumun Təhsil və Reabilitasiya Mərkəzində təşkil edilən tədbirə təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçı Osman Rəhimov rəhbərlik edib.
