"Qarabağ"a qarşı təxribat: İspan polisi hərəkətə keçdi - FOTOLAR

"Qarabağ"a qarşı təxribat: İspan polisi hərəkətə keçdi - FOTOLAR

Sabah UEFA Çempionlar Liqasının əsas mərhələsinin üçüncü turu çərçivəsində İspaniyada “Atletik”lə qarşılaşacaq "Qarabağ"a qarşı təxribat olub.

"Mediasport" xəbər verir ki, görüşün keçiriləcəyi Bilbao şəhərinin küçələrində Azərbaycan çempionuna qarşı hörmətsizliyi əks etdirən şüarlar və fotolar diqqət çəkib.

Şəkillərdən görünür ki, təxribatı törədənlər orada yaşayan ermənilərdir.

Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı "İdman.biz"ə açıqlamasında bildirib ki, bununla bağlı dərhal “Atletik" klubunun rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarını məlumatlandırıblar:

“Qarabağ” Futbol Klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir. Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil etməyə davam edəcək”.

Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.