Millimiz İslandiyaya qarşı

Sloveniyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ilk yoxlama oyununa çıxacaq.
"Mediasport" xəbər verir ki, U-19 İslandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
"Preddvor" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.