"Şəfa"da daha 3 ayrılıq oldu
Premyer Liqaya hazırlaşan "Şəfa" daha üç futbolçu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, paytaxt klubu müdafiəçi Seymur Rəhimov, yarımmüdafiəçi Elvin İsmayılov və hücumçu İbrahim Əliyevlə yollarını ayırıb.
1-ci Liqanın çempionu onlarla başa çatan müqaviləni yeniləməyib.
Qeyd edək ki, "Şəfa" daha əvvəl Əli Həsənli, Zahid Mərdanov, Emin Zamanov, Hüseyn Mürsəlov, Aqil Nəsibov və Əmir İbrahimzadə ilə də əməkdaşlığı dayandırıb.


