Millimizin üç güləşçisi Avropa çempionatında yarımfinala çıxdı

 Millimizin üç güləşçisi Avropa çempionatında yarımfinala çıxdı

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı start götürüb.

"Mediasport" xəbər verir ki, ilk olaraq yunan-Roma güləşçilərinin mübarizəsi başlayıb.

Azərbaycanın tatami üzərinə çıxan 5 idmançısından üçü yarımfinala vəsiqə qazanıb.


U-20 Avropa çempionatı. Yunan-Roma güləşi


55 kq

Turan Daşdəmirov gürcüstanlı Koba Karumidzeyə sonuncu (4:4), ermənistanlı Levon Qazaryana isə ilk xal prinsipinə əsasən (1:1) qalib gələrək yarımfinala yüksəlib. Turan yarımfinalda ukraynalı Nazariy Babinski ilə güləşəcək.

63 kq

Tural Əhmədov italiyalı Emanuele Pollinonu tam üstünlüklə (8:0), bolqarıstanlı Kristiyan Milenkovu 4:0 və macarıstanlı Bende Olaşı 3:1 hesabıyla məğlub edib. O, yarımfinalda yunanıstanlı Marios Kapantaislə qarşılaşacaq.

77 kq

Davud Məmmədov moldovalı Konstantin Taskaya tam üstünlüklə (11:0), türkiyəli Yusuf Tosuna isə sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək yarımfinala adlayıb. Davud final uğrunda ermənistanlı Samvel Terteryanla mübarizə aparacaq.

87 kq

Orxan Hacıyev təsnifat mərhələsində rumıniyalı Qabriel Stana ???????? 1:4 hesabıyla məğlub olub.

130 kq

Məzaim Mərdanov 1/4 finalda avstriyalı Leonard Yunqerə ilk xal prinsipinə əsasən (1:1) uduzub.

Qitə birinciliyi iyulun 6-da yekunlaşacaq.