Çimərlik güləşi üzrə Azərbaycan çempionatında qaliblər bəlli oldu
Avropa Oyunları Parkında (EGP Arena) çimərlik güləşi üzrə U-17 Azərbaycan çempionatı keçirilib.
"Mediasport" xəbər verir ki, yarışda rekord sayda - 131 güləşçi 4 çəkidə çıxış edib.
Əvvəlcə nokaut sistemiylə mübarizəyə start verilib.
Daha sonra iştirakçılar qruplara bölünüb və hər qrupda ilk 2 yeri tutanlar növbəti mərhələyə adlayıb.
1/4 final və yarımfinal qarşılaşmalarından sonra medallar uğrunda görüşlər keçirilib.
U-17 Avropa çempionatı
60 kq
1. Ömər Zeynalov ("Arena")
2. Əlirza Heybətli ("Abşeron")
3. İlyas Ağazadə ("Neftçi")
70 kq
1. Rəşad Əliyev (UGİM-1)
2. Omar Dəmirqayayev ("Xaçmaz")
3. Elcan Talıbzadə ("İmişli")
80 kq
1. Ruslan Vəliyev ("Neftçi")
2. Ömər Əliyev ("Neftçi")
3. Yaşar Məmmədov (MOİK)
90 kq
1. Elvin Hacıquliyev ("Xaçmaz")
2. Elvin Necəfzadə (UGİM-1)
3. Rail Xalıqov (UGİM-1)


