"Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum" - AÇ-nin bürünc medalçısı

"Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum" - AÇ-nin bürünc medalçısı

“Hədəfim çempionluq idi. Çox təlim-məşq toplanışları keçmişdik. Yaxşı formada idim. Əlbəttə, qalib gəlmək istəyirdim. Bürünc medal görüşü gözlədiyimdən daha çətin keçdi”.

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov deyib.

Slovakiyada keçirilən Avropa çempionatında 57 kq çəki dərəcəsində bürünc medal qazanmış idmançı federasiyanın mətbuat xidmətinə təəssüratlarını bölüşüb:

“Bürünc medal qazandım. Məşqçilərimizə və bizə hər cür şərait yaradan federasiyamıza təşəkkür edirəm. Yarımfinalda bəlkə də özümə bir qədər inanmadığım üçün məğlub oldum. Bilmirəm. Öz üzərimdə daha çox işləməliyəm. Bundan sonra bir qədər istirahət edəcəyik. Daha sonra digər turnirlər və dünya çempionatına hazırlıq məqsədilə təlim-məşq toplanışlarına başlayacağıq”.

Qeyd edək ki, Bazarqanov medal görüşündə bolqarıstanlı İvaylo Tisova 12:2 hesabı ilə qəlib gəlib.