UEFA İnkişaf Turniri: Millimiz Rumıniyaya böyük hesabla uduzdu

 UEFA İnkişaf Turniri: Millimiz Rumıniyaya böyük hesabla uduzdu

16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində ikinci qarşılaşmasına çıxıb.

"Mediasport" xəbər verir ki, Millimiz Rumıniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Binə stadionunda keçirilən görüş rəqibin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamızın heyətində qolu penaltidən Xədicə Rəhimova vurub.

Günün digər matçında Gürcüstan yığması Litva seçməsini 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, U-16 növbəti oyununu mayın 11-də Gürcüstan yığmasına qarşı keçirəcək.