İspaniya yığması 4 qolla qazandı, İngiltərə millisi Çexiyada sevindi
UEFA Millətlər Liqasında 2-ci turun görüşlərinə yekun vurulub.
"Mediasport" xəbər verir ki, son oyun günündə 3 qrupda ümumilikdə 10 matç baş tutub.
İddialılardan son dünya çempionu İspaniya yığması Sevilyada qonaq etdiyi Xorvatiya millisinə şans verməyib.
İngiltərə futbolçuları isə səfərdə Çexiya seçməsinə qalib gəliblər.
Növbəti turun qarşılaşmaları oktyabrın 1-də keçiriləcək.
UEFA Millətlər Liqası. 2-ci tur
A Liqası, 3-cü qrup
Çexiya – İngiltərə 0:2
İspaniya – Xorvatiya 4:1
B Liqası, 1-ci qrup
Şotlandiya – İsveçrə 0:3
Sloveniya – Şimali Makedoniya 2:0
C Liqası, 1-ci qrup
Finlandiya – Belarus 0:0
San Marino – Albaniya 0:3
C Liqası, 3-cü qrup
Moldova – Farer adaları 1:1
Slovakiya – Qazaxıstan 2:1
C Liqası, 4-cü qrup
Bolqarıstan – Estoniya 0:0
Lüksemburq – İslandiya 0:3

