Azərbaycan millisi Sumqayıtda Haiti yığmasına məğlub oldu

Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.
"Mediasport" xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Sumqayıtda Haiti futbolçularını qəbul edib.
Rəqib asan qələbə qazanıb.
Komandamız martın 25-də Bakıda Belarus seçməsi ilə qarşılaşacaq.
Yoldaşlıq oyunu
Azərbaycan - Haiti 0:3
Qollar: Pyero, 9; 62. Denli Jan Jak, 83.
Hakimlər: Kadir Sağlam, Dəniz Caner Ozaral, Anıl Usta (hamısı Türkiyə)
Dördüncü hakim: Fərid Hacıyev (Azərbaycan).
Sumqayıt, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 13. Rahil Məmmədov, 4. Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov (k), 3. Elvin Cəfərquliyev, 20. Aleksey İsayev, 6. Ozan Can Kökçü, 7. Coşqun Diniyev, 19. Nəriman Axundzadə, 17. Toral Bayramov, 10. Mahir Emreli.
Baş məşqçi: Fernandu Santuş.
Haiti: 1. Aleksandr Pyer, 8. Martin Eksperiens, 4. Rikardo Ade (k), 22. Jan-Kevin Duvern, 2. Karlens Arkus, 17. Denli Jan Jak, 14. Leverton Pyer, 21. Kristofer Atis, 20. Frontdi Pyero, 10. Luisius Don Didson, 9. Dukkens Nazon
Baş məşqçi: Sebastien Minye.