"Millinin tarixində bir matçda bu qədər qol epizodları olmayıb"
"Həqiqətən oyuna çox yaxşı hazırlaşmışdıq. Bakıdakı toplanışdan etibarən komanda olaraq həvəslə məşq edirdik. Rəqibi də çox yaxşı analiz etmişdik".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Toral Bayramov deyib.
O, Malta ilə keçirilən yoldaşlıq görüşündən sonra verdiyi açıqlamada rəqibin 2 qol epizodunu da düzgün dəyərləndirdiyini söyləyib:
"Rəqibin 2 epizodu oldu. Onları da düzgün dəyərləndirdilər. Allah bu gün bizim qol vurmağımızı istəmədi.
Növbəti oyunlar üçün bunun üstündə daha çox işləyəcəyik".
Bayramov yığmanın çox yaxşı mübarizə apardığını dilə gətirib:
"Bu matç bizim üçün Millətlər Liqasından əvvəl ilk imtahan idi. Oyun cəhətdən çox yaxşı mübarizə apardıq.
Məncə, milli komandanın oyunları tarixində bir matçda bu qədər qol epizodları olmayıb. Növbəti oyunda qələbə qazanmağa çalışacağıq".
Xatırladaq ki, yığmamızın Avstriya toplanışı çərçivəsində növbəti rəqibi San Marino olacaq.


