UFC-nin Bakıda keçiriləcək turnirini yayımlayacaq kanal dəqiqləşdi

UFC-nin Bakıda keçiriləcək turnirini yayımlayacaq kanal dəqiqləşdi

Dünyanın ən böyük qarışıq döyüş növləri təşkilatı olan UFC Azərbaycanın aparıcı idman kanalı "İdman" TV ilə əməkdaşlığa başlayıb.

"Mediasport" xəbər verir ki, iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq “UFC Fight Night" döyüşləri məhz "İdman" TV vasitəsilə canlı yayımlanacaq.

Azarkeşlər tədbirin bütün əsas və ilkin döyüşlərini, eləcə də 20 iyun saat 18:00-da baş tutacaq rəsmi çəki mərasimini dövlət kanalından canlı izləyə biləcəklər.

Qeyd edək ki, gecənin əsas döyüşündə keçmiş dünya çempionu Camal Hill istedadlı Xəlil Rauntri ilə qarşılaşacaq.