Nazim və Rafael UFC-də qalib gəldi, Tofiq nokautla məğlub oldu

Azərbaycan döyüşçüləri Bakıda ilk dəfə keçirilən UFC gecəsində oktaqona çıxıblar.
"Mediasport" xəbər verir ki, Bakı Kristal Zalında təşkil olunan turnirdə yarışan Azərbaycanın 3 təmsilçisindən biri məğlub olub, ikisi qələbə qazanıb.
Yüngül çəkidə Nazim Sadıxov braziliyalı Nikolas Mottaya ikinci raundda nokautla qalib gəlib.
UFC-də debüt edən Tofiq Musayev qırğızıstanlı Mıqtıbek Orolbaya nokautla uduzub.
Rafael Fiziyev isə çilili İqnasio Bahamondesdən güclü olub.