Daha bir azərbaycanlı UFC-də - Abdullayev Bakıda döyüşə çıxacaq
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev nüfuzlu UFC təşkilatı ilə müqavilə imzalayıb.
Bakı Şəhər Halqasından "Mediasport"a verilən məlumata görə, yarımorta çəki dərəcəsində yarışan idmançı bu ay Bakıda keçiriləcək UFC turnirində oktaqona çıxacaq.
Onun rəqibi braziliyalı Ceferson Nasimento olacaq.
Milli Gimnastika Arenasında təşkil olunacaq UFC gecəsinin əsas döyüşündə azərbaycanlı Rafael Fiziev yüngül çəkidə Manuel Torreslə qarşılaşacaq.
İkinci əsas görüşdə isə orta çəkidə Şarabutdin Maqomedov Mişel Pereyra ilə üz-üzə gələcək.
Turnir çərçivəsində daha iki Azərbaycan təmsilçisi – Nazim Sadıxov və Fərman Həsənov da qüvvəsini sınayacaq.
Onların rəqibləri müvafiq olaraq braziliyalı Mateus Kamilo və amerikalı Erik Nolan olacaq.
Xatırladaq ki, döyüş gecəsi iyunun 27-də reallaşacaq.


