Dünya çempionatı: Günaydan bürünc medal, Ruzanna finalda

Dünya çempionatı: Günaydan bürünc medal, Ruzanna finalda

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Günay Qurbanova (59 kq) mundialın bürünc medalını qazanıb.

Təmsiıçimiz medal döyüşündə kanadalı Ella Findinqi 4:1 hesabıyla məğlub edib.

Ayxan Cavadov (60 kq) təsnifat mərhələsində misirli A. Şaban ilə üz-üzə gələcək.

Elmir Əliyev (82 kq) həmin raundda ukraynalı K. Şnirov ilə qarşılaşacaq.

Zəhra Kərimzadə (72 kq) 1/8 finalda çinli Y. Liunu mübarizədən kənarlaşdırmağa çalışacaq.

Ruzanna Məmmədova (62 kq) isə bu axşam çempionluq uğrunda yarışacaq.

Güləşçimizin finalda rəqibi çinli Yanqjen Yanqjen olacaq.