Azərbaycan Premyer Liqasında son turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu turun oyun proqramı müəyyənləşib.
"Mediasport" xəbər verir ki, 36-cı turun görüşləri üç günü əhatə edəcək.
Bütün qarşılaşmalar “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, "Qarabağ" çempion, "Zirə" gümüş, "Araz-Naxçıvan" bürünc medalları qazanıb.
"Səbail" yarışı tərk edib, "Qəbələ", "İmişli" və "Karvan" isə Premyer Liqaya yüksəliblər.
Yeni mövsümdə elitada 12 komanda mübarizə aparacaq.
Azərbaycan Premyer Liqası. 36-cı tur
23 may (cümə)
“Səbail” – “Sumqayıt”
“ASCO Arena”, 19:30
24 may (şənbə)
“Şamaxı” – “Qarabağ”
Şamaxı şəhər stadionu, 17:00
“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 19:30
25 may (bazar)
“Turan Tovuz” – “Kəpəz”
Tovuz şəhər stadionu, 17:00
“Araz-Naxçıvan” – “Zirə”
“Liv Bona Dea Arena”, 19:30