"Qalatasaray" "Ştuttqart"ı qəbul edir - Çempionlar Liqasında 4-cü tur
Bu axşam UEFA Çempionlar Liqasının Liqa mərhələsində 4-cü tur start götürəcək.
"Mediasport" xəbər verir ki, ilk gündə 9 oyun baş tutacaq.
Təmsilçimiz "Sabah"ın rəqiblərindən "Barselona" İspaniyada "Aston Villa" ilə, "Vilyarreal" isə PSJ ilə qarşılaşacaq.
Türkiyə nəhəngi "Qalatasaray" İstanbulda "Ştuttqart"la üz-üzə gələcək.
Raundun digər görüşləri sabah keçiriləcək.
UEFA Çempionlar Liqası. Liqa mərhələsi. 4-cü tur
21:45. "Şaxtyor" (Ukrayna) - "Sportinq" (Portuqaliya)
21:45. "Qalatasaray" (Türkiyə) - "Ştuttqart" (Almaniya)
00:00. "Barselona" (İspaniya) - "Aston Villa" (İngiltərə)
00:00. "Atletiko" Madrid (İspaniya) - "Bayern" (Almaniya)
00:00. "Mançester Yunayted"(İngiltərə) - "Roma" (İtaliya)
00:00. "Feyenoord" (Niderland) - "İnter" (İtaliya)
00:00. "Budö-Qlimt" (Norveç) - "Lill" (Fransa)
00:00. "Vilyarreal" (İspaniya) - PSJ (Fransa)
00:00. LASK (Avstriya) - "Slovan" (Slovakiya)

