2025/2026-cı illər mövsümü üçün ilk "El Klasiko"nun vaxtı açıqlandı

Futbol üzrə İspaniya La Liqasında 2025/2026-cı illər mövsümünün təqvimi açıqlanıb.
"Mediasport" xəbər verir ki, dünyanın ən baxımlı çempionatlarından sayılan Primerada ilk tur avqustun 17-də start götürəcək.
Dünya futbolunda xüsusi marağa səbəb olan "El Klasiko"nun da yeni mövsümdə ilk hissəsinin baş tutacağı tarix dəqiqləşib.
"Real" və "Barselona" arasında yaşanan əzəli rəqabətin növbəti pərdəsi Madriddə reallaşacaq.
10-cu tura təsadüf edəcək duel oktyabrın 26-da baş tutacaq.