Tibo Kurtua DÇ-də tarixə düşdü

Tibo Kurtua DÇ-də tarixə düşdü

Dünya Kuboku-2026-nın 1/4 final mərhələsinin İspaniya - Belçika oyunu ikincilərin qapıçısı Tibo Kurtua üçün əlamətdar olub.

"Mediasport" xəbər verir ki, "qırmızı şeytanlar"ın 34 yaşlı üzvü tarixə dünya çempionatlarının final mərhələlərində 21 oyun keçirən ikinci qolkiper kimi düşüb.

Komandasının 1:2 hesabı ilə uduzduğu matçın ikinci hissəsində zədələnərək meydanı tərk edən Kurtua almaniyalı həmkarı Manuel Noyerdən geri qalır.

Bundestimin "çərçivə" qoruyucusunun hesabında 23 matç var.

Kurtua aktivində 20 oyun olan Fransa yığmasının sabiq üzvü Uqo Lyorisi geridə qoyub.